Göygöldə bıçaqlanma hadisəsi baş verib

  • By ilhame
  • 27 Mart 2024 22:13

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

 

Məlumata görə, biçaqlanan şəxs 2006-cı il təvəllüdlü Nihat Mirzəyevdir.

 

O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

 

Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info