Gürcüstanda cəmi 911 nəfər koronavirus xəstəsi var

  • By arzu
  • 23 İyun 2020 10:27

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 911 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 2662 nəfər karantində saxlanılır, 255 nəfər isə stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 761 nəfər sağalıb, 14 nəfər isə vəfat edib.

Gununsesi.org