Gürcüstanda “omicron”a yoluxanların sayı artır

  • By admin
  • 03 Yanvar 2022 22:44

Gürcüstanda koronavirusun “omicron” ştamına 147 yoluxma halı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzi məlumat yayıb.

Gürcüstanda “omicrona”a ilk iki yoluxma dekabrın 20-də təsdiqlənib. Hər ikisi ölkə xaricindən gələn şəxslərdə aşkarlanıb. Onlardan biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə daxil olub. Daha sonra virus onlarla ünsiyyətdə olan şəxslərin, demək olar, hamısında aşkarlanıb.

Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 943 yoluxma halı qeydə alınıb, 37 nəfər həyatını itirib.

Gununsesi.info