Həbsdəki vəkilin telefon danışığı və görüş hüququ tanındı

  • Müəllif: Firuzə
  • 26 Noyabr 2025 17:22

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanovun ailə üzvləri ilə görüş və telefon danışıqları hüququ tanınıb.

Bu barədə Gununsəsi.info-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, artıq o, ailəsi ilə iki dəfə telefonla danışıb.

Xatırladaq ki, Zabil Qəhrəmanov həbs olunduqdan sonra 2 saylı Gəncə istintaq tədricxanasında onun ailə üzvlərinə görüşməyə və telefon danışıqlarına qadağa qoyulmuşdur.

Bunla bağlı onun vəkilləri məhkəməyə müraciət edib.

Firuzə
Gununsesi.info