Hollandiya hökuməti Alparslan Türkeşin oğlunun bu ölkəyə səfərini yasaqladı, o isə "QINAYIRAM"-DEDİ -YENİLƏNİB

  • By admin
  • 07 İyul 2017 22:53

turkes-tugrul

Hollandiya hökuməti Türkiyənin  başbakan yardımçısı- MHP-nin qurucusu mərhum Alparslan Türküşin oğlu  Toğrul Türkeşin bu ölkəyə səfərinə qarşı çıxıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki,  Hollandiya hökuməti Türkeşin 15 iyul darbe girişiminin idönümüylə əlaqədar Hollandiyada yaşayan türklərin iştirakı ilə düzənlənəcək toplantıya qatılmaq üçün bu ölkəyə gəlməsinin istənmədiyini açıqlayıb.

Hollandiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada “iki ölkə arasındaki ikili ilişkilərin mövcud durumu göz önünə alındığında” Türkeşin, ya da Türkiyə hökumətinin başqa bir üzvünün qatılımının istənmədiyi vurğulanıb.

***

Türkeş isə “Hollandiya Xarici İşlər Nazirliyindən verilən açıqlama, orada yaşayan və oranın ekonomisinə qatqı sağlayan insanlarımızın demokratik haqlarına və azad iradələriylə fəaliyyət göstərmə özgürlüyünə qarşı bir müdaxilə nitəliyindəndir. Heç bir qanundankənar fəaliyyətdə bulunmayan vətəndaşlarımızın özgürlüklərinə yönəlik qərarı qınayıram” – deyib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info