İlham Əliyevdən Ərdoğan hökumətinə görünməmiş jest - 1 MİLYARD AVRO...

  • By admin
  • 28 Yanvar 2022 23:44

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.

(Depozit- fiziki və ya hüquqi şəxsin dövlət qeydiyyatına alınan kredit təşkilatına gəlir əldə etmək üçün yerləşdirdiyi pul vəsaitidir).

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun açıqlamasında bildirilir.

“Cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb”.

Qeyd edək ki, son aylar Türkiyə milli valyutası-lirə kəskin dəyər itirir. Təkcə son üç ayda ABŞ dollarına nisbətən lirə 50 faiz civarında dəyər itirib.

2022-ci il yanvarın 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 45 milyard 25.1 milyon ABŞ dollarına bərabər olub.

Nəcəf Cavadsoy

Gununsesi.info