İran ultimatum verdi: Danışıqlar pozulur

İran İslamabadda ABŞ ilə ancaq Livana hücumlar tamamilə dayandırılacağı təqdirdə danışıqlar masasına oturacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazıb.

“İran vasitəçilərə bildirib ki, onun İslamabadda ABŞ rəsmiləri ilə danışıqlarda iştirakı yalnız Livanda atəşkəs əldə ediləcəyi təqdirdə mümkündür”, – nəşr bildirib.

Qeyd edək ki, ABŞ-İran sülh danışıqlarının cümə günü Pakistanda keçirilməsi planlaşdırılır.

Gununsesi.info