İranda koronavirusdan ölənlərin sayı 2077-yə çatıb

  • By admin
  • 25 Mart 2020 14:32

İranda koronavirusdan ölənlərin sayı 2077-yə çatıb.

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyindən məlumat verib.

Bildirilib ki, son sutka ərzində COVID-19 virusuna yoluxmuş 143 nəfər vəfat edib, 2206 nəfərdə virusa yeni yoluxma faktı aşkarlanıb.

Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 27017-yə çatıb.

Bu günədək 9625 nəfər sağalıb.

Gununsesi.org