Rusiya və Ukrayna görüşünü təşkil etməyə hazırıq - Fidan

Ankara Rusiya və Ukrayna nümayəndə heyətləri arasında yeni görüşün təşkilinə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə müharibənin mümkün qədər tez başa çatmasını istəyir və tərəflər arasında danışıqlar prosesinə yenidən ev sahibliyi etməyə hazırdır”, – o bildirib.

Gununsesi.info