
İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan edib.
Gununsesi.info bu barədə “Haaretz” -ə istinadən xəbər verir.
“İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu, terrorçulara və təcavüzkarlara dəstək verən anti-İsrail baş katibdir”, – deyə Katz bildirib.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani demişdi ki, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) fəaliyyətsizliyi Tehrana öz maraqlarını müdafiə etməkdən başqa seçim qoymur.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədri və BMT katibinə ünvanladığı məktubda BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyinin Tehrana öz maraqlarını müdafiə etməkdən başqa çarə qoymadığını bildirib.
Şəbnəm