İsraildən Lapşinin əfv olunmağına rəsmi – Reaksiya

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 22:52

lp
“İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin bloqqer Aleksandr Lapşinin əfvlə bağlı qərarını alqışlayır”.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

“XİN Azərbaycan prezidentinin Lapşinə verdiyi azadlıqdan çox məmnun qalıb. Biz onu tez bir zamanda İsraildə görməkdən şad olacağıq və onun ölkəyə gəlişini təmin edəcəyik”, – deyə E. Nahşon söyləyib.

O, israilli diplomatların hər zaman Lapşinə dəstək olduqlarını da vurğulayıb.
Gununsesi.info