İstanbulda İŞİD üzvləri nəzarətə götürülüb

  • By admin
  • 28 Oktyabr 2017 19:37

İstanbulun Bayrampaşa rayonu ərazisindəki ticarət mərkəzində partlayış törətmək istədikləri güman olunan İŞİD üzvləri yaxalanıb.

Gununsesi.info xəbər verir ki, İstanbul polisi şübhəli şəxsləri izləyib. İŞİD-çilər saat 16:30 radələrində ağ rəngli avtomobili ticarət mərkəzinin açıq park yerində saxlayıblar. Avtomobildən çıxan 4 nəfər polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı şübhəlilərdən biri yüngül xəsarət alıb. Vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Hadisə yerinə partlayıcı qurğuları zərərsizləşdirən mütəxəssislər çağırılıb. Onlar avtomobildə partlayış törədiblər. Araşdırma aparılır.

Gununsesi.info