Saakaşvili: "İvanişvili gürcüləri ölkədən qovur, onları ruslarla əvəz edir"

“Gürcüstan qan itkisi səbəbindən dəyişir. Ötən il daha 118 min nəfər ölkədən köçüb. Bu, böyük faciədir və iqtisadi artımla bağlı mifi tamamilə dağıdır”.

Gununsesi.info bildirir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında qeyd edib:

Saakaşvili öz prezidentliyi dövründəki mövcud vəziyyətdən söz açıb:

“2012-ci ilə qədər Gürcüstanın adının çəkilməsini sevməyənlərə yenə də xatırlatmaq istəyirəm ki, prezidentliyimin 9 ilinin 8 ilində Gürcüstana yaşamaq üçün qayıdanların sayı ölkədən gedənlərin sayından çox olub. Çünki insanların ümidi var idi.

Fərqin nə qədər böyük olduğunu görmək üçün bunu da vurğulamaq çox vacibdir. Təxminən həmin dövrdə Gürcüstana 120 min rus köçüb. İvanişvili hakimiyyətə hansı məqsədlə gəlibsə, onu həyata keçirir  sevmədiyi gürcüləri ölkədən qovur, onları isə özü üçün daha rahat olan ruslarla əvəz edir”.

 

Şəbnəm

Gununsesi.info