Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb.
“TRT Haber” xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
“Keçirilən əməliyyatlar nəticəsində 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığında şübhəli bilinən 1 nəfər saxlanılıb”.
Saxlanılanlar Miqrasiya İdarəsinə göndəriliblər.












