
Bu ilin may ayında İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Kipri gürcü müğənni təmsil edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin ictimalı kanalı məlumat yayıb.
Bildirilib ki, yarışmada 37 yaşlı müğənni Tamta Goduadze iştirak edəcək. Tamta beynəlxalq yarışmada Kipri “Replay” mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, o, əslən Gürcüstandandır və 21 yaşında Yunanıstana köçərək populyarlıq əldə edib.












