Klinton: “Məhəmməd Əli dünya vətəndaşı idi” - VİDEO

  • By admin
  • 06 İyun 2016 04:36

Muhammad Ali 3

Üç dəfə ağır çəkidə boks üzrə dünya çempionu olan əfsanəvi boksçi Məhəmməd Əli haqqında tanınmışlardan və siyasətçilərdən gələn şərhlər dayanmaq bilmir.  Gununsesi.info xəbər verir ki, Barak Obama, Rəcəb Tayyib Ərdoğan kimi dünya liderlərindən sonra ABŞ-ın keçmiş prezidentlərindən olan Bil Klinton da onun haqqında xoş ifadələr səsləndirib. “Vyetnam müharibəsinin əleyhinə oldu. Bir dünyəvi vətəndaş olsa belə, heç vaxt amerikalı vətəndaş olduğunu da arxa plana atmadı. Dünyanın hər yerində insanlara ilham mənbəyi oldu”, – deyə o qeyd edib.

 

Həyatı boyunca sülh mesajları səsləndirən və müsəlman olduqdan sonra bütün dinlərə hörmətinin olduğunu bildirən əfsanə əlcək sahibi haqqında danışan Klinton onu dünya vətəndaşı adlandırıb.

 

Qeyd edək ki, boksçunun ölümü haqqında danışan Barak Obama onun dünyanı heyrətləndirən böyük bir idmançı olduğunu qeyd edib.

Vəfatından sonra ünlü boksçunun doğulduğu yer olan Lousvildə böyük bir üzüntü yaşanır. İdmançının dəfnetmə mərasiminə bir sıra tanınmış siyasətçilərin və mədəniyyət adamlarının qatılacağı gözlənilir.  Onun doğma yurdu olan Lousvildə bayraqlar aşağı endirilib.

Gununsesi.info