Kök qadınlara dəyərli məsləhətlər - ARTIQ ÇƏKİDƏN XİLAS OLMAQ İSTƏYİRSİNİZSƏ... - FOTOLAR

  • By admin
  • 13 May 2017 12:04

Stessli-kişilər-kök-qadınları-daha-cazibədar-hesab-edirlər-e1396529819618

Qadınlar dadlı-duzlu yeyib, tamahlarına güc gələ bilmədiklərindən tez-tez artıq çəkilərindən şikayətlənirlər. Qarderobda geyinməyə paltar tapılmayanda isə həyacan təbili çalırlar. Artıq kilolardan azad olub mükəmməl görünmək üçün isə istənilən ağılsız hərəkətləri edirlər. İllərlə yığdıqları çəkidən qısa müddətdə qurtulmaq istəyirlər. Aclıqla, qidadan imtinayla problemi yoluna qoyacaqlarını düşünürlər. Onlar hətta bunun üçün həyati təhlükə yaradan pəhrizlərdən belə çəkinmirlər.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə saxlanılan pəhrizlər, orqanizmdə ciddi qida məhdudiyyətlərinin təhlükəsini yaradır.

Belə ki, yay mövsümünə yaxınlaşdıqca, daha çox qadınlarımız gözəl və fit görünməyə cəhd edirlər. Mümkün qədər tez arıqlamaq istəyir, rəfiqələri tərəfindən məsləhət görülən dəbli pəhrizlərdən istifadə edirlər. Məsələn, deyirlər ki, bu möcüzəli pəhrizlə həftəyə 5, hətta 10 kilo arıqlayacağıq. Lakin belə sınağa razılaşarkən unutmayın ki, pəhriz nə qədər sərt olarsa, orqanizmə dəyən neqativ nəticə də o qədər ciddidir. Sərt pəhrizlər nəticəsində rastlaşdığımız ən yayılmış problemləri nəzərinizə çatdırırıq:

Enerjinin qənaəti, “ehtiyat üçün” kalorilərin yığılması

Çox vaxt ciddi pəhrizin nəticəsində itirilən çəki bir müddətdən sonra bərpa olunur. Hər şey olduqca sadədir: gözlənilməz və ciddi məhdudiyyətlərdən stress keçirən orqanizm “proqramın” sonuna yaxın fəalcasına “ehtiyat kaloriləri” yığmağa başlayır.

Avitaminoz

Əgər insan tənzimlənərək qidalanırsa, onun orqanizmi bütün lazımlı vitaminləri və mikroelementləri alır. Əgər siz monodietanın tərəfdarısınızsa, yəni 2 həftə ardıcıl olaraq yalnız ya qarabaşaq, ya kefirlə qidalanırsınız, ya da ancaq qarpız yeyirsinizsə, bu zaman orqanizm bir çox əhəmiyyətli maddələri ala bilmir və bu avitaminozla nəticələnə bilər. Bu da orqanizmdə bir sıra başqa problemlər yarada bilər.

Metabolizmin pozulması

Sərt pəhrizlərə riayət edərkən orqanizmdə maddələrin balansı pozula bilər ki, bu da həzm prosesinin pozulması, dəridə, dırnaqlarda və saçlarda problemlərin yaranması, dişlərin tökülməsi və s. problemlərlə nəticələnə bilər.

Belə olmaması üçün nə etmək lazımdır?

Dietoloqların əksəriyyətinin fikirincə, qidalanmada düzgün və daimi məhdudiyyətlərlə birlikdə müntəzəm fiziki iş – ciddi pəhrizlərin sağlam alternatividir. Gündəlik rasiondan sənaye qida məhsullarını (ketçup, mayonez və s.), şirin qazlı və paketləşdirilmiş şirələri, yarımfabrikatları, piyli ətləri, konservləri və fabrik şirniyyatlarını çıxartmaq tövsiyə edilir.

Təzə tərəvəzlərdən hazırlanmış yağsız bulyonda şorbalar, qaynadılmış mal əti, hinduşka əti, meyvələr və giləmeyvələr, balla sobada bişirilmiş almalar, zeytun yağıyla xiyar və soğandan ibarət salatlar – pəhriz zamanı çox faydalı və həmçinin dadlıdır. Pəhriz zamanı müntəzəm fiziki məşğuliyyət də olduqca vacibdir.

kok qadin

 

 

 

 

kokqadin2

Gülnaz Qənbərli

Gununsesi.info