Külli miqdarda siqaret aşkarlanıb

  • By admin
  • 20 Fevral 2017 12:41

siqaret

Aksiz markası ilə markalanmayan 4 min 400 ədəd siqaret aşkara çıxarıldı.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin “Sınıq Körpü” gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd “Comet” adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info