Küllü miqdarda pirotexniki vasitə aşkar edilib

  • By admin
  • 19 Dekabr 2016 15:14

protex

506 ədəd pirotexniki vasitə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib.

Gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info