Kürdəmir susuz qaldı

  • By admin
  • 08 İyun 2021 09:38

Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Gununsesi.info-ya “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Gununsesi.info