Kütləvi futbol həftəsi festivalı keçiriləcək

  • By admin
  • 26 Sentyabr 2017 10:42

02

Sentyabrın 26-dan 27-dək Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında, ayın 30-da isə Heydər Əliyev Mərkəzində (Bakı şəhəri) AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, festivalda 6-13 yaş arası uşaqlar iştirak edəcək.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Anar

Gununsesi.info