Lənkəranda ağır qəza - Ata və oğlu öldü - FOTO

Martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mercedes”, Z.Kərimovun idarə etdiyi “VAZ 2109” və D.Səfərlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşublar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gununsesi.info -ya verilən məlumata görə, nəticədə “VAZ 2109” markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes”in sürücüsü isə bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Lənkəranda ağır qəza - Ata və oğlu öldü -  FOTO
Lənkəranda ağır qəza - Ata və oğlu öldü -  FOTO
Lənkəranda ağır qəza - Ata və oğlu öldü -  FOTO
Lənkəranda ağır qəza - Ata və oğlu öldü -  FOTO