Lavrov Türkiyəyə gedir

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər 6-7 aprel tarixlərini əhatə edəcək.

Zaxarova qeyd edib ki, Lavrov Türkiyəyə səfəri zamanı Suriya və Ukrayna, eləcə də Qafqazdakı vəziyyəti müzakirə edəcək.

 

Gununsesi.info