Mağazada arvadını öldürmək istəyən şəxsə cinayət işi açıldı

  • Müəllif: Firuzə
  • 03 Dekabr 2025 15:34

Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, dekabrın 2-də Bakının Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq qadının əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Gununsesi.info