Maliyyə savadlılığına dair təlimlər keçirilib

  • By admin
  • 13 İyun 2017 12:15

06

“Məktəblinin dostu” pilot layihəsinin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Təlimlərin keçirilməsinin əsas məqsədi “Məktəblinin dostu” pilot layihəsi əməkdaşlarının ilkin iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Ümumilikdə, pilot layihənin 100 iştirakçısı maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərə qatılıb.

Layihə çərçivəsində qruplar üzrə təşkil edilmiş təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

Təlimlərin yekununda qiymətləndirmə aparılıb.

Anar

Gununsesi.info