Masallıda avtomobil velosipedçini vurdu

  • Müəllif: admin
  • 15 Avqust 2017 01:55

443172258newsphotovelosiped-qazajpg

Masallıda avtomobil 23 yaşlı velosipedçini  vurub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Masallının Seybətin dairəsi yaxınlığında qeydə alınıb.

Masallının Ətcələr kənd sakini, 1994-cü il təvəllüdlü Rıza Mansur oğlu Mansurov velosipedlə hərəkətdə olarkən onu avtomaşın vurub. Yaralı dərhal Masallı rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info