Mehriban Zeynalova: “Kişi eləmə tənbəllik…”

  • By admin
  • 27 İyul 2016 16:33

axar.az1422647516mehriban5

 

“Təmiz Dünya” Qadınlara Yardım  İctimai Birliyinin sədri Mehriban Zeynalova  qadına şiddətə qarşı mübarizəylə bağlı sosial şəbəkədə maraqlı status paylaşıb.

Gununsesi.info problemin aktuallığını nəzərə alıb həmin status olduğu kimi təqdim edir.

“Bir hekayət yazmışdım unutmamısınızsa… Əri həyat yoldaşına qarşı 9 il mütamadi zorakılıq etmişdi. Hər dəfə də qadın ayrılmaq istədikcə, əri onu oğurluqda ittham edəcyi, qohumlarına xəsarat yetirəcəyini deyirmiş. Bu minvanla qadın, düz, 9 il dözübmüş. Lakin son döyülmədə təhlükə ölüm həddinə çatıb. Qadın evdən qaçıb. 10 gün müxtəif ismarıclar etsə də, qadın qəti qərar qəbul edib. Qayıtmayacam…. Kişi eləmə tənbəllik,  polisə ogurluqla bağlı şikayət verib. Qadını həbs təhlükəsi gözləyirdi. Xanımın işi ilə bağlı bir neçə yerlərə müraciətlər göndərdik. Daha sonra müstəntiqlə görüşdük. Burdan səsimə səs verən Rövşanə Rəhimli  müdafiəyə dəstək verdi. Xanımla birgə addım- addım irəliləməyə başladı. İki gün bundan öncə şikayətə xitam verildi… Hər birinizə bu işdə verdiyiniz dəstək və yardıma görə təşəkkür edirəm! Biz hələ dava edəcəyik… Hələ müdafiə ediləcək çox xanımlarımız var… Davam edir…”- deyən hüquq müdafiəçisi bu işdə  dəstək olan bir qrup jurnalistə minnətdarlığını da bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info