Millimizin yeni baş məşqçisindən Qurban bayramı təbriki

  • By admin
  • 31 İyul 2020 17:52

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, italiyalı mütəxəssis bununla bağlı özünün şəxsi “Facebook” səhifəsində üzərində “Qurban Bayramınız Mübarək” sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, dünən AFFA ilə 1,5 illik müqavilə bağlayan 64 yaşlı baş məşqçinin avqustun 10-da Bakıya gələcəyi planlaşdırılır.

 

 

 

Gununsesi.info