Avrozonada ÜDM 12 faizə qədər azalıb

  • By admin
  • 31 İyul 2020 17:55

Pandemiya dövründə Avrozonada ÜDM (Ümumi Daxili Məhsul) 2020-ci ilin ikinci rübündə 11,9 faiz azalıb.

Gununsesi.info “Eurostat”a istinadən xəbər verir ki, illik bazada bu rəqəm daha da yüksək olub, 14,4 faiz təşkil edir.

Bunlar son on ildə ən aşağı göstəricilərdir.

Bu dövrdə ÜDM-də kəskin azalmasının koronavirusun Avropada sürətlə yayılmasının birbaşa nəticəsi olduğu bildirilir.  Bu, bölgədə mal və xidmətlərin ixracı və idxalının həcmini əhəmiyyətli dərəcədə azaldıb.

Ekspertlər hesab edir ki, bu gün açıqlanan rəqəmlər COVID-19-un Aİ-yə (Avropa İttifaqı) iqtisadi təsirini tam əks etdirə bilməz. Əsl görüntü yalnız sentyabr ayında aydın olacaq.

Gununsesi.info