Vətəndaş Bravo Dəniz Mall filialından aldığı dondurmadan narazılıq edir.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial mediada paylaşım edib.
O bildirib ki, 16.08.2026-cı il tarixində Bravo Dəniz Mall filialından qarpız dadlı dondurma alıb.
Məhsulun qablaşdırmasının üzərində son istifadə tarixinin 2027-ci ilə qədər olduğu göstərilsə də, qablaşdırmanı açdıqdan sonra dondurmanın üzərində boz rəngli, kifə bənzər ləkə aşkar edib:
“16.08.2026-cı il tarixində Bravo Dəniz Mall filialından qarpız dadlı dondurma almışam. Məhsulun qablaşdırmasının üzərində son istifadə tarixinin 2027-ci ilə qədər olduğu qeyd edilsə də, qablaşdırmanı açdıqdan sonra dondurmanın üzərində boz rəngli, kifə bənzər ləkə aşkar etdim.
İstehlakçı kimi hesab edirəm ki, son istifadə tarixinin göstərilməsi məhsulun keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir. Lakin məhsulun faktiki vəziyyəti göstərilən tarixlə uyğun gəlmir”.
Günay












