Şəmkirdə qəza: Dörd nəfər öldü, yaralılar var

  • Müəllif: Firuzə
  • 17 Avqust 2026 19:48

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info