Minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb - ƏFQANISTANDA

  • By admin
  • 27 Avqust 2017 22:51

afqannn-2

Əfqanıstanın Gilmənd əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzenin hədəfində hərbi konvoy olub.

Ölənlər arasında həm hərbi qulluqçular, həm də mülki şəxslərin olduğu bildirilir.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Gununsesi.info