Monqolustanda ölüm-dirim savaşı: - Azərbaycanlı Məhəmməd köməksiz qalıb

  • By Admin2
  • 21 Aprel 2026 10:26

“Məhəmməd adlı Azərbaycan vətəndaşı Monqolustanda dələduzluq maddəsi ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını çəkərkən, həbsdə 5 ay qaldıqdan sonra ona “qan xərçəngi” kimi ağır diaqnoz qoyulub və səhhətinə görə cəzasından azad edilib! Lakin onun zərər verdiyi 84 nəfərə 150 milyon tuqrik məbləğində ziyanı ödəməyincə, ölkədən çıxışına qadağa qoyulması barədə məhkəmə qərarı qüvvədədir. Buna görə də o, Monqolustanın Bayan-Ölgiy şəhərində heç bir qohumu olmayan, Pərnəgül adlı xeyirxah bir insanın yanında qalır. Onun da maddi vəziyyəti yaxşı deyil. 150 milyon tuqrik təxminən 43000 dollar civarındadır”.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, Azərbaycanın bir çox səfirlikləri və vətəndaş cəmiyyəti ilə əlaqə saxlasaq da, heç bir kömək göstərilmir, biganə münasibət nümayiş etdirilir. Məhəmmədin qohumları isə “imkanımız yoxdur” deyərək heç bir addım atmır. Bu, çox təəccüblü bir vəziyyətdir! Artıq o ölkədə insan həyatının dəyəri yoxdurmu deyə ümidimiz qırılır. Məhəmməd adlı bu gənc oğlanın yazıq vəziyyətdə, köməksiz halda qaldığını görən Bayan-Ölgiy əhalisi əlindən gələni edir, onu vətəninə qaytarmaq üçün kömək göstərir. Lakin böyük məbləği toplamaq onların gücünü aşır. Buna baxmayaraq, əhalisi 100 minə belə çatmayan Bayan-Ölgiy bölgəsi artıq 60 milyon tuqrik, yəni təxminən 18000 ABŞ dolları toplayıb. Bu isə ümumi məbləğin üçdə biri deməkdir. Məhəmmədin vəziyyəti isə getdikcə ağırlaşır, o, həyatla ölüm arasında mübarizə aparır. Bizim məqsədimiz onu sağ-salamat vətəninə çatdırmaq, bir müsəlmana kömək edib anasına qovuşdurmaqdır. Gündəlik dərman və müalicə xərcləri də asan başa gəlməsə də, Bayan-Ölgiy əhalisi birlikdə dəstək göstərir!”.

Bu barədə həmçinin qeyd edilib:

“Azərbaycanlı qardaşlar! Sizi bu qədər daşürəkli, mərhəmətsiz hesab etmirik! Azərbaycan vətəndaşı olan Məhəmməd qardaşınızı sağ-salamat aparmasanız, bu sizin milliliyinizə böyük bir sınaqdır!

WhatsApp:+976 95977575

Hörmətlə: Nurbul Mizamxan oğlu.

Elmar

Gununsesi.info