Moskva Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsini istəyir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ukrayna münaqişəsi Rusiyanın qarşısına qoyduğu məqsədlərə çatdıqda bitəcək”, – deyə o bildirib.
Peskov əlavə edib ki, Rusiya tərəfi dəfələrlə qeyd edildiyi kimi münaqişənin diplomatik yolla həllinə sadiq olaraq qalır.













