Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıb - YENİLƏNİB

  • By Günel
  • 22 Mart 2025 19:48
dönər

Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib.

Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.

Gununsesi.info