”NAZ” markalı minik avtomobili dərəyə aşıb

  • By admin
  • 11 Mart 2018 22:38

Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “NAZ” markalı minik avtomobilinin dərəyə düşməsi barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Gununsesi.info