Necati Şaşmazın şaşdıran sərvəti

  • By admin
  • 09 İyul 2016 12:15

necati

 

 

Türkiyədə serial, film, şou və musiqi dünyasının məşhurları qazanclarını necə sərvətə çevirirlər? Kiminin yüzlərlə mənzili, kiminin ən lüks iqamətgahları, restoranları və.s var. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kurtlar Vadisi” serialı ilə məşhurlaşan aktyor Necati Şaşmazın 50 mənzili və bir supermerketi var. Aktyor, həmçinin 2 milyon 600 min dollarlıq dəniz mənzərəsi olan mülkə sahibdir.

Türkiyədə ən zəngin sənətçilərdən biri də Sibel Candır. Təxminən 25 ildir səhnədə olan Sibel Canın da İstanbulun müxtəlif yerlərində 50 evi oluğu bildirilir. Həmçinin Beykoz, Levent, Bodrumda, Mayaminin Vilyam adasında da villaları var. Uşaqlıqdan filmlərə çəkilib, şarkı söyləyən müğənni Əmrahın sərvətinə Türkiyədə çox az insan sahibdir. Belə ki, qazancını daşınmaz əmlaka yatıran Əmrahın 200-ə yaxın evi var. 12 dükanı olan sənətçinin eyni yerdə 2 milyon dollar dəyərində bir idman kompleksi də var.

Gənc və sevilən aktyor Kıvanç Tatlıtuğ da qazancını daşınmaz əmlaka yatıran məşhurlardan hesab edilir. Onun 700 min dollar dəyərində bir evi, Gümüşsuyu adlanan ərazidə dəniz mənzərəli villası, 3 milyon dollara aldığı üç dükan sahibi olduğu bildirilir.

Gülnaz Qənbərli