İsrailin baş naziri Binyamin Netanyahu bazar ertəsi Misirin Qırmızı dəniz sahilindəki kurort Şarm əş-Şeyxdə Qəzza müharibəsinə son qoyulması üzrə sammitdə iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Misir prezidentinin sözçüsü bildirib.
Sözçü qeyd edib ki, həm Fələstin prezidenti Mahmud Abbas, həm də Netanyahu Qəzzada müharibənin dayandırılmasına dair razılaşmanı möhkəmləndirmək və ona sadiqliklərini təsdiqləmək üçün sülh sammitində iştirak edəcəklər.
Bundan əlavə, sözçü vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp və Netanyahu bazar ertəsi İsraildə olarkən Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıblar.
Şəbnəm













