
Qazaxstan prezidenti Nursultan Nazarbayev Nobel mükafatına təqdim edilib.
Onunla birgə “ATOM” layihəsinin fəxri səfiri, rəssam Karipbek Kuyukovun da namizədliyi Nobül mükafatçıları sırasına təqdim edilib.
Gununsesi.info “Tengrinews.kz”-ə istinadən xəbər verir ki, belə bir təşəbbüslə mərkəzi İsveçrədə yerləşən Bazel dünya elmi-tədqiqat institutunun direktoru Alin Vare çıxış edib.
A. Vare bu barədə öz Facebook səhifəsində yazıb:
“Mən bu il dünyada atom silahının məhv edilməsi istiqamətində göstərdikləri misilsiz səylərinə görə, Qazaxstan prezidenti Nursultan Nazarbayevi və rəssam Karpbek Kuyukovu Nobel mükafatına təqdim etmişəm”.
Bundan əlavə olaraq şotlandiyalı politoloq Bill Kidd də Nazarbayev və Kuyukovun nazmizədliyini Nobel mükafatına təqdim edib.
Gununsesi.info












