Oksanaya hücum olub

  • By admin
  • 14 Sentyabr 2016 10:45

oksana

Rəqqasə Oksana Rəsulovanın “Facebook” səhifəsi hakerlər tərəfindən hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu haqqda Oksana “İnstagram” səhifəsində xəbər verərək sevərlərindən xahiş edib:

“Mənim neçə illik səhifəmi hakerlər sındırıb, indi isə mənim adımdan camaata öz mesaj və rəy göndərirlər.Sizdən xahiş edirəm bu səhifəni “blok”a atın. Bunu edən namussuz insan cəzasız qalmayacaq. Başqa addan istifadə edib internetə məlumat yayan adam qanunla cəzalandırılmalıdır”.

Gununsesi.info