Orucu niyə xurma ilə açmaq məsləhət görülür… –  FAYDALI

  • Müəllif: admin
  • 06 İyun 2017 21:43

xurma su date_water

 

Bu gün Ramazan ayının 11-ci günüdür.

Orucluğun ayrılmaz parçası hesab olunan xurma, digər aylarla müqayisədə ən çox müqəddəs Ramazan ayında tələb görür.

Modern.az xəbər verir ki, lif və mineral tərkibi zəngin olan xurmanın, qəbizlik başda olmaqla həzmsizlik, mədə bulanması, ürək problemləri və xərçəngə qarşı qoruyucu tərəfləri var.
Xurma bağırsaqların fəaliyyətini sürətləndirir, bu sayədə arıqlamaq istəyən insanlara kömək edir.

Eyni zamanda, beyini inkişaf etdirir, xolestrolu aşağı salır.

A vitaminiylə zəngin olan xurma yaddaşı gücləndirir.

Mütəxəssislər tövsiyə edirlər ki, iftarda ilk olaraq xurmaya yer verilsin. Çünki orucu xurma ilə açmaq, bədən və zehni fəaliyyətinin yaxşı getməsini təşkil etmək üçün uyğun şərait yaradır.

Gündə 15 ədəd xurma yeməklə, bədəndə olan dəmir ehtiyacını qarşılamaq olar.

Onu da qeyd edək ki, xurma hüceyrə yaşlanmasının qarşısının alınmasında da əhəmiyyətli təsirə malikdir.

 

Gununsesi.info