Öz istəyi ilə vəzifədən getdi - FOTO

  • Müəllif: Orxan
  • 27 İyul 2026 12:30

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a ASCO-dan bildirilib.

Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri müvafiq əmr imzalayıb.

ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Gununsesi.info