Pansionatda dəhşətli qətliam - 45 yaralıdan 20-si ölüm ayağındadır

  • By admin
  • 26 İyul 2016 09:56

31cfe26c967769379778a2af8fbab8d0

Saqamihara şəhərində qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər yayıb.

Agentlik  güc strukturlarındakı mənbəyə istinadən bildirib ki, məhdud imkanlı insanların yaşadığı pansionata hücum edərək onlarla insanları qətlə yetirən şəxs 26 yaşlı Satoşi Uematsu olub.

Mənbəyə görə, onun əvvəllər həmin müəssisədə işlədiyi müəyyənləşib. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.

Satoşi Uematsu məhdud fiziki imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücum edərək 19 nəfəri bıçaqlayaraq qətlə yetirib. Hadisə nəticəsində 20-si ağır olmaqla 45 insan xəsarət alıb.

Gununsesi.info