Parisdə məscidin qapısına donuz başları atılıb

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2025 17:16

Ötən gecə naməlum şəxslər Parisdə bir neçə məscidin qapısına donuz başları atıblar.

Gununsesi.info  xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Paris polisinin rəhbəri Loran Nunet sentyabrın 9-da səhər saatlarında Parisdəki bir neçə məscidin qarşısında donuz başlarının tapıldığını açıqlayıb:

“Dərhal istintaq başladılıb. Bu iyrənc hərəkətləri törədənlərin müəyyən edilməsi üçün lazım olan hər şey edilir”, – o, qeyd edib.

Bildirilir ki, kəsilmiş donuz başlarından birinin üzərinə “Makron” yazılıb.

Fransanın daxili işlər naziri Bruno Retaillo baş verənləri “iyrənc təxribat” adlandırıb və Fransa müsəlmanlarına dəstək ifadə edib.

 

Gununsesi.info