Paşinyan: Ermənistanın keçmiş baş qərargah rəisi metal tullantıları 42 milyon dollara satırdı

  • By admin
  • 27 Noyabr 2020 15:47

Movses Hakobyan vəzifəsində olarkən metal tullantıları 42 milyon dollara satırdı.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Müraciət zamanı Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisi Movses Hakobyanın ünvanına itihhamlar səsləndirib:

“Ehtiyatda olan general mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollarlıq metal tullantılarla bağlı cinayət işi açılmışdı”.

Gununsesi.org