“Paşinyanı vurana 1 milyon dollar verilsin” – Partiya sədri (ŞOK TƏFƏRRÜAT)

  • By admin
  • 25 Dekabr 2020 17:32

Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Partiyasının başçısı Qanik İsaqulyana qarşı zorakılıq çağırışlarına görə, cinayət işi açıb.

 

Gununsesi.org xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb. Məlumatda yazılır ki, partiya sədri İsaqulyan “Paşinyanı vurana “Milli Qəhrəman” adının və ya 1 milyon dollar pul mükafatının verilməlidir” fikirlərinə görə həbs edilib.

Bildirək ki, Ermənistanda kütləvi edilən etirazlar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra başlayıb. Bu ölkədə bir çox ictimai şəxslər, siyasətçilər Paşinyanın istefasını tələb edir.

Gununsesi.org