Paytaxtda mənzildən 62 yaşlı kişi ölü tapıldı

  • Müəllif: admin
  • 06 Dekabr 2017 20:22


Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

 

Gununsesi.info