Prezident polkovnik Həmidova Milli Qəhrəman adı verdi – FOTO

  • By admin
  • 22 Aprel 2016 14:53
1461324957_pol
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik–leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. 
Polkovnik–leytenant Şükür Həmidov Ermənistan ordusu tərəfindən işğal edilən Qubadlı rayonundandır.
Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.