“Transparency International” təşkilatının Rusiya mərkəzi baş nazir müavini Dimitry Rogozinin təxminən 500 milyon rubla mənzil alması ilə bağlı hesabatın ikinci hissəsini açıqlayıb.
Hesabata görə, o mənzili almaq üçün yaxınlarına məxsus ofşor şirkətdən istifadə edib.
Rogozin qiyməti azaltmaqla təxminən 37 milyon rublluq vergidən yayınıb.
Təşkilatın qənaətinə görə Rogozinin Moskvanın “Starovolınskaya” küçəsindəki evi Britaniyada qeydiyyatdan keçmiş “Minimal Technology Ltd” adlı ofşor şirkətə məxsus olub.
Həmin şirkət isə onun bacanağı olan biznesmen Piter Levinin olub.
Az sonra mənzil Liv İsayev adlı bir nəfərin adına keçirilib.
Hesabat müəllifləri hesab edir ki, həmin adam vasitəçi olub.
Çünki Rogozin dövlətə məxsus mənzili özəlləşdirmək üçün göstəməli idi ki, başqa mülkiyəti yoxdur və yaşayış şəraitini yaxşılaşdırmaq istəyir.
Hesabata görə Rogozin bu sxemlə qiyməti azaltmaq və ya dövlətə heç vergi ödəməmək imkanı qazanıb.
Sxemdə eyni binada, ofşor şirkətdən vasitəçi İsayevin adına keçirilən ikinci mənzil də var.