Prokuror Elşən Mustafaoğluya 12 il istəyib

  • Müəllif: admin
  • 06 Dekabr 2016 11:15

elsen-mustafaogl

Dekabrın 6-da  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin  sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Gülnaz Qənbərli

Gununsesi.info